UNEC Karyera Mərkəzinin təşkilatçılığı ilə "Auditoriyada məzun var" layihəsi çərçivəsində Bakı Fond Birjasının aparıcı iqtisadçısı və UNEC məzunu Ülkər Əhmədova Maliyyə və mühasibat, Sabah mərkəzi və TUDİFAK tələbələri üçün “Makroiqtisadi göstəricilərin kapital bazarlarına təsiri” mövzusunda təlim keçirib.
Təlim zamanı Ülkər Əhmədova BFB-nin analitik bülletenini təqdim edib, daha sonra tələbələri komandalara ayıraraq simulyativ keys tapşırıqları verib. Sonda tələbələrin təqdimatı və sual-cavab sessiyası baş tutub.