Martın 18-də UNEC-də tələbələr arasında ingilis dili biliklərini sınamaq və inkişaf etdirmək məqsədilə Xarici Dillər Departamenti tərəfindən fakültələrdaxili olimpiadanın 1-ci turu təşkil olunub.
Yarışmada Maliyyə və mühasibat, Dizayn Məktəbi, Rəqəmsal iqtisadiyyat, Mühəndislik, Rus İqtisad Məktəbi, Biznes və menecment, Türk Dünyası İqtisad, İqtisadiyyat və idarəetmə fakültələrinin tələbələri iştirak ediblər.
Hər fakültədən beş komanda olmaqla, hər komandada isə dörd tələbə dil biliklərini sınayıblar. Olimpiadaya böyük maraqla qatılan tələbələr biliklərini nümayiş etdirmək üçün böyük həvəslə mübarizə aparıblar. Olimpiadanın I turunun qalibləri növbəti mərhələdə fakültələrarası finalda mübarizə aparacaqlar.
Fakültələrarası olimpiada tələbələrin İngilis dili bacarıqlarını daha da artırmaq və akademik mühitdə onların potensialını üzə çıxarmaq üçün mühüm fürsət olacaq. Xarici Dillər Departamenti tərəfindən təşkil olunan olimpiada UNEC tələbələrinin dil biliklərinə marağını artırmaqla yanaşı, universitetdə tədris keyfiyyətinin yüksəlməsinə də töhfə verir.