A

UNEC İnklüziv Təhsil Mərkəzinin və "Bacarıqlı Əllər Dünyası" İctimai Birliyinin birgə təşkilatçılığı həssas kateqoriyadan olan insanların əl işləri sərgi satışı keçirilib.

Sərgidə bir sıra mühüm ictimai birliklərin nümayəndələri iştirak edib.  20-dən çox həssas kateqoriyadan olan insanların  əl işləri nümayiş olunub və satışa çıxarılıb.

UNEC-də uzun illərdir həssas kateqoriyadan olan insanların əl işləri sərgiləri keçirilir, onlara qayğı və dəstək göstərilir. UNEC əməkdaşları və gələn qonaqlar sərgiyə böyük maraq göstərərək  onların əl işləri ilə yaxından tanış olaraq dəstək olublar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay