A

UNEC ilə Marsol Group arasında imzalanmış Əməkdaşlıq Memorandumu çərçivəsində "Marsol Academy" tərəfindən universitetin tələbələri üçün "Təhsildən biznesə: tələbələr üçün karyera yolu" başlığı altında praktiki təlim keçirilib.

UNEC Karyera Mərkəzinin təşkilatçılığ ilə  keçirilən təlim zamanı "Marsol Group"un direktoru Bilal Qasımlının mentorluğu, "AzEstetik Group"un təsisçi və rəhbəri Fariz Məmmədov, "Media FM" radiosunun baş direktoru Rüstəm Əliyev və "ƏSRİK" MMC-nin həmtəsisçi və direktoru Sərkərdə Əliyevin spikerliyi ilə baş tutan panel müzakirələrində iş dünyasının uğurlu şəxsləri çıxış ediblər.

Tədbirdə qonaqlar gənc nəslin nümayəndələri ilə öz təcrübələrini bölüşərək, biznes yönümlü mövzularda fikir mübadiləsi aparıblar. Onlar iştirakçılara iş həyatında olan çətinliklərin öhdəsindən gəlmək, sahibkarlıq bacarıqlarını inkişaf etdirmək və biznes strategiyalarını kəşf etməklə bağlı mühüm məlumatlar veriblər.

Qeyd olunub ki, bu kimi tədbirlər tələbələri real iş həyatı ilə tanış edir, onlara praktiki bacarıqlar qazandırmağa köməklik göstərir.

Sonda tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay