A

UNEC Bloomberg Maliyyə Laboratoriyasının və ABB Invest-in birgə təşkilatçılığı ilə "İnvestisiyada dəyirmi masa" adlı seminar keçilib.

Tədbirdə laboratoriyanın rəhbəri Səidə Xəlil Bloomberg Maliyyəsi haqqında iştirakçılara geniş məlumat verib.

Sonra ABB Invest-in Biznesin inkişafı departamentinin direktoru Elçin Məmmədov səhm bazarı və doğru səhmi seçməklə bağlı, Investisiya məsləhətləri şöbəsinin baş mütəxəssisi Vasif Musayev isə istiqraz bazarı haqqında çıxış ediblər.

Sonda tələbələr tədbirin konseptinə əsasən investisiya ilə bağlı suallarını ünvanlamış, ABB Invest-də iş və təcrübə imkanları ilə bağlı  məlumat alıblar. 

TOP XƏBƏRLƏR