UNEC Xarici Dillər Departamentinin direktoru Aysel Xəlilova Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında tələbələrlə görüş keçirib.
Görüş çərçivəsində “Basic Daily Speaking” mövzusunda praktiki və interaktiv master-klass dərsi təşkil olunub.
Təlim zamanı tələbələr gündəlik həyat və peşə fəaliyyəti ilə bağlı əsas danışıq bacarıqları ilə tanış olublar. Aysel Xəlilova tələbələrin ünsiyyətdə öz fikirlərini daha rahat və inamla ifadə etmələri üçün müxtəlif metod və nümunələrlə çıxış edib.
Görüş zamanı UNEC-in nəzdində fəaliyyət göstərən Dil Mərkəzinin fəaliyyəti və təklif etdiyi kurslar – General English, Basic English, Legal English, IELTS və TOEFL hazırlıq proqramları barədə də geniş məlumat verilib. Tələbələrə bu kurslara qeydiyyat imkanları təqdim olunub.
Tələbələr dərsə böyük maraq göstərib, fəal iştirak edərək suallar ünvanlayıblar. Görüş qarşılıqlı faydalı müzakirələrlə yekunlaşıb və UNEC-in tədris imkanlarının daha geniş tanıtım məqsədinə xidmət edib.