A

UNEC Dizayn Məktəbində gender bərabərliyi probleminə həsr olunan maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan UNEC Dizayn Məktəbi “Dizayn” kafedrasının müdiri dosent Elfanə Qasımova ölkəmizdə gender bərabərliyi məsələsinin dövlətin diqqət mərkəzində olduğunu və qadınlarımızın getdikcə daha çox cəmiyyətin aparıcı qüvvəsinə çevrildiyini vurğulayaraq, bu problemlərin həlli üçün hərtərəfli yanaşma və bu sahədə maarifləndirici həmçinin məqsədli tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Sonra kafedranın müəllimi Nərminə Namazova çıxış edərək bildirdi ki, gender bərabərliyi insan hüquqlarının qorunması, demokratiyanın fəaliyyəti, qanunun aliliyinə hörmət və sosial rifah üçün başlıca amildir.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR