A

UNEC Psixoloji Xidmət Mərkəzi və Biznes və menecment fakültəsinin birgə təşkilatçılığı ilə "Erkən nikah" mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Biznes və menecment fakültəsinin dekan müavini Nigar Hüseynova erkən nikahın insan həyatına vurduğu psixoloji, sosial-iqtisadi və mənəvi fəsadlardan bəhs edib. O, bu problemin qarşısının alınmasının hər bir cəmiyyət üzvünün üzərinə düşən mühüm vəzifə olduğunu vurğulayıb.

Daha sonra UNEC Psixoloji Xidmət Mərkəzinin psixoloqu Küşvər Abdullayeva mövzu ilə bağlı geniş təqdimatla çıxış edib. O, erkən nikahların yaranma səbəbləri, yaratdığı fəsadlar və bu problemlə mübarizə yolları barədə ətraflı məlumat verib. Psixoloq gənc qızların təhsildən yayınması, uşaq yaşda ailə-məişət problemləri ilə qarşılaşmaları, gənc anaların və körpələrin həyatını itirməsi ilə nəticələnən ailə faciələri, eyni zamanda doğulan xəstə uşaqların sayının artması ilə bağlı cəmiyyətə təsir edən həssas qrupların çoxalmasına diqqət çəkib.

Çıxışının sonunda K.Abdullayeva maariflənmənin və bu kimi hallara biganə qalmamağın vacibliyini xüsusilə qeyd edib.

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb və onların mövzu ilə bağlı fikirləri dinlənilib.

TOP XƏBƏRLƏR