A

UNEC-in Ümumi Fənlərin Tədrisinin Təşkili Departamenti (ÜFTTD) nəzdində fəaliyyət göstərən Tələbə Elmi Klubunun rəhbəri, baş müəllim Samirə Əhmədova və “Azərbaycan dili” kafedrasının dosenti Günal Səfərlinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi: Uğurlu gələcəyin təməli” mövzusunda tələbə elmi seminarı keçirilib.

Seminarın əsas məqsədi tələbələr arasında elmi düşüncə tərzinin inkişaf etdirilməsi və Ümummilli Liderin zəngin irsinin daha dərindən mənimsənilməsinə şərait yaratmaq idi.

Tədbirdə UNEC-in müxtəlif fakültələrini təmsil edən tələbələr fəal iştirak edərək Heydər Əliyevin həyat yolu, siyasi fəaliyyəti və Azərbaycanın inkişafında oynadığı əvəzsiz rolu barədə geniş və dərin araşdırmalara əsaslanan çıxışlar ediblər.

Seminarın sonunda iştirak edən bütün tələbələrə sertifikatlar təqdim olunub.

TOP XƏBƏRLƏR