UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı, “İqtisadçı” İntellektual Oyun Klubunun təşəbbüsü və UNEC Karyera Mərkəzinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş tələbələrarası “Breyn-Rinq” intellektual bilik yarışı keçirilib.
Tədbir Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Açılış mərasimində UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini, Karyera Mərkəzinin əməkdaşı Səbuhi İmanov çıxış edərək yarışın əhəmiyyətindən, tələbələrin intellektual inkişafında oynadığı roldan bəhs edib.
Tədbirdə qonaq qismində iştirak edən Gənclər Fondunun Layihələr Departamentinin rəhbəri və “İqtisadçı” İntellektual Klubunun eks idarə heyətinin üzvü Zaur Osmanov tələbəlik illəri ilə bağlı xatirələrini bölüşüb. O, “İqtisadçı” klubunun gənclər arasında intellektual mühitin formalaşmasında mühüm rol oynadığını vurğulayıb.
Yarışda UNEC-in müxtəlif fakültələrini təmsil edən 16 komanda iştirak edib. Gərgin və maraqlı mübarizə şəraitində keçən bilik yarışının nəticələrinə əsasən:
I yer- “CCC” komandası (Maliyyə və mühasibat fakültəsi)
II yer- “United Brains” komandası (Maliyyə və mühasibat fakültəsi)
III yer- “Turan” komandası (Biznes və menecment fakültəsi)
Sonda qalib komandalar kubok, medal, sertifikat və hədiyyələrlə təltif olunub.