A

UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsinin “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının nəzdində fəaliyyət göstərən “Əqlmən” tələbə elmi klubunun təşkilatçılığı ilə 2025-ci ilin “Konstitusiya və suverenlik ili” elan olunması ilə əlaqədar tədbir keçirilib.

Tədbirin açılışında kafedranın dosenti və tələbə elmi klubunun rəhbəri, mentor Zakir Malayev iştirakçılara tədbirin məqsədi və əhəmiyyəti barədə məlumat verib. O, 2025-ci ilin “Konstitusiya və suverenlik ili” elan olunmasının ölkəmizin müasir tarixinə və dövlətçilik təfəkkürünün inkişafına verdiyi töhfələrdən bəhs edib.

Tədbirdə tələbələr ölkəmizin müasir tarixi, Konstitusiya aktının qəbulunun əhəmiyyəti və dövlətçilik məfkurəsinin dərindən öyrənilməsi ilə bağlı müxtəlif mövzularda təqdimatlar ediblər. Hər bir təqdimat özündə geniş məlumat və ətraflı analizlər təqdim edərək, tədbir iştirakçılarının diqqətini çəkib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay