A

Ümumi fənlərin tədrisinin təşkili departamenti (ÜFTTD) və “Karyera planlaması və inkişafı” kafedrasının birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyi münasibətilə tələbələr arasında “UNEC 95” mövzusunda videoçarx müsabiqəsi keçirilib.

Müsabiqənin əsas məqsədi tələbələrin UNEC həyatına dair təəssüratlarını yaradıcı şəkildə ifadə etməsi, UNEC-ə bağlılıqlarını fərqli prizmadan nümayiş etdirməsi və onların yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi olub.

Tədbiri giriş sözü ilə açan ÜFTTD-nin direktoru dos. Gülnarə Rzayeva çıxışında bu cür müsabiqələrin tələbələrin yaradıcılığını və komanda şəklində işləmək bacarığını daha da inkişaf etdirməyə kömək edəcəyini bildirib.

Müsabiqədə iştirak edən tələbələr universitetin tarixi, bu günü və gələcəyinə dair baxışlarını əks etdirən orijinal və maraqlı videoçarxlar təqdim ediblər. Təqdim olunan videoçarxlar münsiflər heyəti, ÜFTTD- nin direktoru dos. Gülnarə Rzayeva, “Karyera planlaması və inkişafı” kafedrasının müdiri dos. Rəşad Məhərrəmov, kafedranın müəllimi Sevinc Burzuyeva və  İnnab Biznes Məktəbinin nümayəndəsi Nərmin Sarıyeva tərəfindən qiymətləndirilib. Qiymətləndirmə zamanı yaradıcı yanaşma, innovativ təqdimat forması, məzmunun dərinliyi və texniki keyfiyyət kimi əsas meyarlar nəzərə alınıb.

Sonda qaliblər münsiflərin qərarı ilə müəyyənləşdirilib, İnnab Biznes Məktəbi tərəfindən onlara xüsusi hədiyyələr “Biznes exell”, “MS OFFICE” üçün ödənişsiz kurslar və beynəlxalq dərəcəli sertifikat proqramında ödənişsiz iştirak təqdim edilib.

TOP XƏBƏRLƏR