A

UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamentinin Tələbə Elmi Klubunun rəhbəri baş müəllim Samirə Əhmədovanın təşkilatçılığı ilə tələbələr arasında esse müsabiqəsi keçirilib.

Esse müsabiqəsi Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyi çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunub. Müsabiqədə UNEC-in müxtəlif fakültələrini təmsil edən 25 nəfər tələbə  iştirak edib.

Təqdim olunan esselər münsiflər heyəti tərəfindən yoxlanılaraq qaliblər müəyyən edilib.

Esse müsabiqəsi üzrə birinci yerə İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi İbrahim Abbasov, II yerə həmin fakültənin tələbəsi Fidan Bədirova, III yerə isə Maliyyə və mühasibat fakültəsinin tələbəsi Günay Rəhimli layiq görülüblər.

Sonda müsabiqədə iştirak edən bütün tələbələrə  sertifikatlar təqdim olunub.

TOP XƏBƏRLƏR