A

UNEC-in Biznes və menecment fakültəsində “Əqli mülkiyyət hüququ: ixtiraların fərdi mülkiyyətə çevrilməsi və qüvvədə saxlanılması üçün effektiv patent qeydiyyatı” mövzusunda maarifləndirici təlim keçirilib.

Tədbiri giriş sözü ilə açan fakültənin dekan müavini Elbrus Əkbərov təlimin məqsədinin əqli mülkiyyət hüquqları sahəsində maarifləndirmə aparmaq və iştirakçıların biliklərini artırmaq olduğunu bildirib.

Təlimin əsas məruzəçisi, Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin “Texnologiya transfer şöbəsi”nin müdiri baş müəllimi Vəkil İbrahimov çıxışında əqli mülkiyyət hüququnun əhəmiyyəti, patent qeydiyyatının düzgün prosedurları və sənədləşmə tələbləri barədə ətraflı məlumat verib. O, həmçinin milli və beynəlxalq səviyyədə patent qeydiyyatı təcrübələri ilə bağlı praktiki nümunələr əsasında iştirakçıları məlumatlandırıb.

Təlim zamanı ixtira və yeniliklərin qorunması, hüquqi çərçivələrin düzgün tətbiqi və effektiv qeydiyyat strategiyaları müzakirə olunub. Real nümunələr üzərində aparılan təhlillər iştirakçıların bu sahədə anlayışlarının dərinləşməsinə töhfə verib.

TOP XƏBƏRLƏR