A

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİRK) tərəfindən təhsildə və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən 308 tələbəyə adlı təqaüd təqdim edilib.

“Adlı təqaüd” layihəsi tələbə gənclərin elm və təhsilə marağının artmasına, potensialının inkişafına əhəmiyyətli töhfə verir.

Layihə 1995-ci ildən həyata keçirilir, ölkənin müxtəlif orta ixtisas, peşə təhsili və ali təhsil müəssisələrində əla və yaxşı qiymətlərlə oxuyan, eyni zamanda tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən tələbələrin təhsildəki inkişafına dəstək məqsədi daşıyır. İndiyədək 3179 nəfər tələbə bu təqaüdə layiq görülüb.

UNEC-in Adlı Təqaüdə layiq görülən tələbələri:

  1. İlkin Nəbiyev - Maliyyə və mühasibat fakültəsinin III kurs tələbəsi
  2. Aysel İsmayılova - Maliyyə və mühasibat fakültəsinin II kurs tələbəsi
  3. Aytac Həsənova - SABAH Mərkəzinin II kurs tələbəsi
  4. Gülnar  İbrahimxəlilova - SABAH Mərkəzinin II kurs tələbəsi
  5. Çimnaz Ağazadə - SABAH Mərkəzinin III kurs tələbəsi
  6. Nuranə Tahirzadə - Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) III kurs tələbəsi
  7. Fidan Əmiraslanova - İqtisadiyyat və idarəetmə fakültəsinin II kurs tələbəsi
  8. Ləman Balışzadə - Türk Dünyası İqtisad fakültəsinin IV kurs tələbəsi
  9. Həsən Mirzəyev - Rəqəmsal İqtisadiyyat fakültəsinin IV kurs tələbəsi
  10. AyhanCəlilov - Rəqəmsal İqtisadiyyat fakültəsinin I kurs tələbəsi
  11. Nazilə Əlizadə - Rəqəmsal İqtisadiyyat fakültəsinin II kurs tələbəsi
  12. Səbinə Həsənquliyeva - Mühəndislik fakültəsinin II kurs tələbəsi
  13. Elmir Bağırzadə - Mühəndislik fakültəsinin III kurs tələbəsi
  14. Ləman Həsənova - Biznes və menecment fakültəsinin III kurs tələbəsi

Tələbələri təbrik edir, növbəti fəaliyyətlərində uğurlar arzu edirik.

TOP XƏBƏRLƏR