UNEC tələbələrinin karyera inkişafına və əmək bazarına inteqrasiyasına dəstək məqsədilə “Synergia Academy”nin təşəbbüsü və Karyera Mərkəzinin təşkilatçılığı ilə start verilən “Məşğulluq həftəsi”ndə (Employability Week) “Pasha Group”a daxil olan 10-dan artıq nüfuz şirkət tərəfindən seminar təlimlər keçirilib.
Seminarlarda tələbələrə peşəkar inkişaf, müasir əmək bazarının tələbləri, CV hazırlanması, müsahibə texnikaları, liderlik bacarıqları və şəxsi brendinq kimi mövzularda ətraflı məlumat verilib. Həmçinin, “Pasha Group” şirkətlərinin nümayəndələri öz təcrübələrini bölüşərək, tələbələrin real iş mühiti ilə tanış olmasına şərait yaradıblar.
“Məşğulluq həftəsi” çərçivəsində tələbələrin əmək bazarına çevik uyğunlaşa bilmələri məqsədilə müxtəlif interaktiv sessiyalar, qrup işləri və praktiki tapşırıqlar da həyata keçirilib.
Şirkətlər tərəfindən fəal tələbələrə promohədiyyələr təqdim olunub və onlara karyera məsləhətləri verilib.