Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) V Science Slam beynəlxalq elm müsabiqəsi keçirilib.
UNEC-in Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən beynəlxalq müsabiqədə universitetin bütün fakültələri ilə yanaşı, Zaqatala filialının tələbələri də qatılıblar.
Müsabiqənin formatına uyğun olaraq, fakültə qalibləri 10 dəqiqə ərzində öz araşdırmalarını anlaşılan, kreativ və maraqlı şəkildə təqdim ediblər.
Təqdimatlardan sonra, qaydalara uyğun olaraq, qaliblərin çıxışları alqış sədaları ilə qiymətləndirilib.
TələbəIərin böyük maraqla qatıldıqları yarışda I yerin sahibi "Zamanın bEşiyində” mövzusu ilə təqdimatla çıxış edən Rəqəmsal İqtisadiyyat fakültəsinin tələbəsi Fərizə Rzazadə olub.
II yerin sahibi "Gerçəklik nədir?” mövzusu ilə Biznes və menecment fakültəsinin tələbəsi Səkinəxanım Balayeva, III yerin sahibi isə "Çin Çan Çon” mövzusunda çıxış edən SABAH Mərkəzinin tələbəsi Əli Rəhimov olub.
Sonda yarışın qaliblərinə pul mükafatları, iştirakçılara isə sertifikatlar təqdim olunub.