A

UNEC-in 95 illik yubileyi və 28 May – Müstəqillik Günü münasibətilə UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə tələbələrarası intellektual yarış keçirilib.

Yarışın keçirilməsində məqsəd tələbələrin dünyagörüşünü genişləndirmək, analitik və məntiqi düşünmə bacarıqlarını inkişaf etdirmək olub. Eyni zamanda bu cür yarışlar komandada işləmə bacarığını gücləndirir, tələbələrə rəqabət mühitində özünü ifadə etmə imkanı yaradır.

Maraqlı və gərgin mübarizə şəraitində keçən intellektual yarışda nəticələr aşağıdakı kimi olub:

  • I yer – “5.56” komandası
  • II yer – “Ozymandias” komandası
  • III yer – “Tiramisu” komandası

Qalib komandalar diplom və medallarla təltif olunublar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay