A

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin 2016-cı il məzunu Süleyman Əlbağış oğlu Qarayevin iyul ayının 3-də doğum günü idi. Yaşasaydı 30 yaşı olacaqdı.

UNEC-in Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev və məzunlar şəhidin ailə üzvləri ilə birlikdə Sabirabad rayonunun Qalaqayın kəndində Süleyman Qarayevin məzarı ziyarət ediblər. Ziyarətçilər şəhidin xatirəsini ehtiramla yad edərək, məzarı üzərinə gül dəstələri düzüblər.

Şəhidin anım günündə fakültə dekanı dosent Hafis Hacıyev və şəhidin atası Əlbağış Qarayev onunla bağlı xatirələrini bölüşüblər.

Süleyman Qarayev 7 oktyabr 2020-ci il tarixində Ağdam rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 noyabr 2022-ci il tarixli Sərəncamı ilə Süleyman Qarayev ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Uca Allahdan Vətənimizin ərazi bütövlüyü, dövlətimizin suverenliyi, xalqımızın azadlığı uğrunda canlarını fəda etmiş bütün şəhidlərə rəhmət diləyirik!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay