A

15 sentyabr Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) birinci kurs tələbələri üçün ənənəvi Oriyentasiya Günü keçirilib.

Tədbirin əsas məqsədi yeni qəbul olunmuş tələbələrin universitet həyatı ilə tanışlığına dəstək olmaq, onların adaptasiya prosesini asanlaşdırmaq olub.

Oriyentasiya Günündə UNEC Tələbə Gənclər Təşkilatının (TGT) idarə heyəti fəal iştirak edib. TGT tərəfindən universitetin bütün tədris binalarında bir sıra maraqlı və maarifləndirici oyunlar təşkil olunub. “Sudoku”, “3 sual – 1 kitab” və digər intellektual oyunlar tələbələr arasında böyük maraqla qarşılanıb. Qalib gələn iştirakçılara müxtəlif hədiyyələr təqdim olunub.

Bundan əlavə, TGT-yə ayrılmış stendlər çərçivəsində təşkil olunan “UNEC-də İlk Gün” adlı rəsm guşəsi tədbirin ən çox maraq doğuran hissələrindən biri olub. Tələbələr bu guşədə sərbəst şəkildə rəsmlər çəkərək öz təəssüratlarını və hisslərini yaradıcılıqla ifadə ediblər.

 

 

TOP XƏBƏRLƏR