UNEC-in Mühəndislik fakültəsinin birinci kurs tələbələri ilə görüş keçirilib.
Fakültə dekanı dosent Elçin Səmədov birinci kursları tələbə adını qazanmaları münasibətilə təbrik edərək, onlara təhsillərində uğurlar arzulayıb. O, qeyd edib ki, fakültəyə 6 ixtisas - “Sənaye mühəndisliyi”, “Qida mühəndisliyi”, “Materiallar mühəndisliyi”, “Ekologiya mühəndisliyi”, “Maşın mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi” ixtisasları üzrə 351 tələbə qəbul olub.
Bildirilib ki, ən yüksək bal (605) "Elektrik və elektronika" mühəndisliyi ixtisası üzrə olub. Fakültənin Türkiyənin Ege universiteti ilə “Qida mühəndisliyi” ixtisası üzrə reallaşdırdığı ikili diplom proqramın həmin proqrama 20 tələbənin qəbulu həyata keçirilib.
Görüşdə tələbələrə UNEC-dəki tədris mühiti, təqaüdlər, beynəlxalq mübadilə proqramları, startap layihələri, kitabxana, idman klubları, tələbə təşkilatları, laboratoriyalar, UDİD, Minor proqramları, Psixoloji xidmət mərkəzinin fəaliyyəti və s. barədə məlumatlar verilib.
“Qida mühəndisliyi” ixtisası üzrə Türkiyənin Ege Universitetilə birgə proqram əsasında qəbul alan I kurs tələbələrinin diqqətinə proqramın detalları çatdırılıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.