A

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF), Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzinin təşkilatçılığı ilə tələbələr üçün infosessiya keçirib.

Tədbirdə ARDNF-in nümayəndəsi Kamran Əlizadə çıxış edərək, Fondun fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verib. O, ARDNF-in yaranma tarixi, investisiya siyasəti, strateji layihələrdə iştirakı və insan kapitalının inkişafına verdiyi töhfələr haqqında danışıb.

İnteraktiv şəkildə keçirilən sessiyada tələbələr Dövlət Neft Fondunun fəaliyyəti ilə bağlı suallar ünvanlayıb, nümayəndələr isə bu sualları cavablandıraraq şəxsi peşəkar təcrübələrini bölüşüb və karyera istiqamətində faydalı tövsiyələr veriblər.

TOP XƏBƏRLƏR