Biznes və Menecment fakültəsində “Sudan səmərəli, qənaətcil istifadənin təşviqi və mühafizəsi” mövzusunda seminar təşkil olunub.
Tədbiri fakültənin dekan müavini, dosent Nigar Hüseynova açaraq mövzunun aktuallığından danışıb. O, sudan səmərəli istifadənin müasir dövrdə cəmiyyətin qarşısında duran əsas ekoloji və sosial məsələlərdən biri olduğunu vurğulayıb və bu istiqamətdə həyata keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib.
Sonra “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının dosenti Afaq Hacıyeva məruzə ilə çıxış edib. O, iştirakçılara su resurslarının davamlı idarə olunması, israfın qarşısının alınması yolları, suyun mühafizəsi və bərpası barədə ətraflı məlumat verib.
Seminarın sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.