Biznes və Menecment fakültəsi, Duman Academy və UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən Biznes Klubun birgə təşkilatçılığı ilə “Treydinqin sirləri” mövzusunda seminar təşkil olunub.
Tədbir zamanı iştirakçılara treyding və kriptovalyuta bazarının əsas prinsipləri, investisiya strategiyaları və risklərin idarə olunması kimi mövzular barədə ətraflı məlumat verilib. Seminar çərçivəsində real bazar nümunələri üzərində praktiki biliklər təqdim olunub və müasir maliyyə texnologiyalarının imkanları barədə geniş müzakirələr aparılıb.
Sonra tədbirdə aktiv iştirak edən tələbələr Duman Academy tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırılıblar.
Tədbir maraqlı sual-cavab sessiyası və interaktiv müzakirələrlə yekunlaşıb.