A

UNEC Kitabxana İnformasiya Mərkəzinin 24/7 kitabxanasında birinci kurs tələbələri üçün maarifləndirici görüş təşkil olunub.

Tədbirdə kitabxananın müdiri Arzu Məmmədova, əməkdaşlar Yeganə Abbasova və Vəfa Feyzullayeva tələbələrə kitabxananın fəaliyyəti, xidmətləri və imkanları barədə ətraflı məlumat veriblər.

Görüş zamanı tələbələrə kitabxananın həftəlik iş rejimi, zəngin kitab fondu, elektron resursları və həyata keçirilən müxtəlif layihələr haqqında danışılıb. Onlara e-kataloqdan mövzuya uyğun kitabların axtarışı, eləcə də elektron resurslardan səmərəli və düzgün istifadə qaydaları praktiki şəkildə izah edilib.

Təqdimatdan sonra tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay