A

UNEC-in Mühəndislik fakültəsinin “Qida mühəndisliyi” ixtisası üzrə tələbələri Azərbaycan Televiziyasında yayımlanan “2×2” tok-şousunun növbəti buraxılışında iştirak ediblər.

Tok-şounun bu dəfəki mövzusu “Yüksəliş” müsabiqəsinin qaliblərinin uğur hekayələri, şəxsi təcrübələri və karyera inkişafı ilə bağlı olub.

Proqramın qonağı “Milla Dairy” MMC-nin İnnovasiya və Biznesin inkişafı üzrə direktoru, qida mühəndisi İsa Əliyev idi. O, “Yüksəliş” müsabiqəsinin qalibi kimi şəxsi təcrübəsini bölüşərək, gənclərə karyera quruculuğu, məqsədyönlülük və peşəkar inkişaf barədə tövsiyələr verib. Spiker həmçinin ölkəmizdə qida sənayesinin inkişaf dinamikası, innovativ istehsal texnologiyalarının tətbiqi və müasir mühəndislərin qarşısında duran yeni çağırışlardan danışıb.

İnteraktiv şəkildə təşkil olunan proqramda tələbələr qida mühəndisliyinin praktiki tərəfləri, istehsalatda keyfiyyətə nəzarət sistemləri və dayanıqlı qida istehsalının əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüblər. Onlar həmçinin bu sahədə elmi biliklərin və innovativ yanaşmaların vacibliyini vurğulayıblar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay