UNEC Rus İqtisad Məktəbində “Süni intellekt – rəqib yox, yardımçı və həmkar” mövzusunda seminar keçirilib.
Tədbirin məruzəçisi “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının müəllimi Lamiyə Tahirova süni intellektin insanı əvəz etmək üçün deyil, onun işini asanlaşdırmaq və məhsuldarlığı artırmaq məqsədi daşıdığını vurğulayıb. O, süni intellektin müxtəlif sahələrdə yaratdığı yeni iş imkanlarına dair nümunələr təqdim edib və onun düzgün istifadəsinin həm fərdi, həm də sosial inkişaf üçün vacibliyini qeyd edib
Tədbir interaktiv müzakirə formatında davam edib, tələbələri maraqlandıran sualları cavablandırılıb.