A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və idarəetmə fakültəsində “Qızların və oğlanların eyni dəyərə malik olması” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının baş müəllimi Nərgiz Əliyeva çıxış edərək cinslər arasında bərabər dəyərləndirmənin vacibliyindən danışıb. O, vurğulayıb ki, uşaqlar arasında cinsi ayrı-seçkilik gələcəkdə qarşısıalınmaz sosial problemlərin yaranmasına səbəb ola bilər.

Həmçinin qızların və oğlanların eyni dəyərə malik olması yalnız hüquqi və ya sosial məsələ deyil, bu, həm də insanlıq və inkişaf məsələsidir deyə çıxışında bildirib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay