A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Tədbirlər planına uyğun olaraq Ümumi fənlərin tədrisinin təşkili departamenti və “Humanitar fənlər” kafedrasının birgə təşkilatçılığı ilə “İşğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri” mövzusunda seminar keçirilib.

Tədbiri “Humanitar fənlər” kafedrasının professoru Vəkil Həsənov açaraq 2020-ci ildə Vətən müharibəsində əldə olunmuş tarixi Qələbənin Azərbaycan tarixində mühüm mərhələ təşkil etdiyini vurğulayıb. O, bildirib ki, bu Qələbə yalnız torpaqlarımızın azad olunması deyil, həm də milli həmrəyliyin və dövlətçilik iradəsinin parlaq təzahürüdür.

Seminarda həmçinin “yaşıl enerji” zonalarının yaradılması, “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin icrası, eləcə də kənd təsərrüfatı və sənaye obyektlərinin inşası barədə ətraflı məlumat verilib.

Kafedranın baş müəllimi Rafiq Verdiyev də çıxış edərək, işğal illərində erməni silahlı birləşmələri tərəfindən Azərbaycan torpaqlarında törədilmiş vandalizm aktları, tarixi, dini və mədəni abidələrin dağıdılması faktları barədə məlumat verib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay