UNEC Zaqatala filialında 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunan tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, həmçinin Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Filialın tədris və elmi işlər üzrə direktor müavini, dosent Həqiqət Qədimova tədbiri açaraq 8 Noyabr – Zəfər Gününün tarixi və mənəvi əhəmiyyəti barədə danışıb. O, xalqımızın qəhrəmanlıq iradəsini, şəhidlərin əziz xatirəsinin daim uca tutulduğunu və bu günün Azərbaycanın dövlətçilik tarixində qürur səhifəsi kimi əbədiləşdiyini vurğulayıb.
Daha sonra filialın müəllimi Qüdrət Qırtımov, Texniki və texnoloji bölmənin rəhbəri Səfər Razıyev, Tələbə Elmi Cəmiyyətinin sədri Ayda Arzumanova və tələbə rektoru Cavidan Həzizadə çıxış edərək Zəfər Gününün xalqımızın milli birliyinin, dövlətimizin qüdrətinin və qəhrəman ordumuzun rəşadətinin rəmzi olduğunu qeyd ediblər.
Tədbirdə həmçinin şəhid anaları da iştirak ediblər. Onlar övladlarının qəhrəmanlığından, Vətənə olan sevgisindən və Zəfər Gününün onlar üçün daşıdığı dərin mənəvi dəyərdən söz açıblar.
Sonda tədbir bədii kompozisiyalarla davam edib. Çıxışlarda 8 Noyabr – Zəfər Gününün xalqımızın yaddaşında əbədi qalacaq tarixi hadisə olduğu bir daha vurğulanıb.