A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu, Vətən müharibəsi iştirakçısı Kamran Əzimov UNEC SABAH Mərkəzinin tələbələri ilə görüş keçirib.

Görüş zamanı Kamran Əzimov tələbələrlə öz həyat və döyüş yolu barədə fikirlərini bölüşüb, gənclərdə vətənpərvərlik ruhunun aşılanmasının vacibliyini vurğulayıb.

Kamran Əzimov 2020-ci il Vətən müharibəsi dövründə Talış, Suqovuşan və Ağdərə istiqamətlərində gedən döyüşlərdə iştirak edib. O, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Görüş səmimi atmosferdə keçib. Tələbələr Kamran Əzimovun döyüş xatirələrini böyük maraqla dinləyib və ona göstərdiyi xidmətlərə görə təşəkkürlərini bildiriblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay