UNEC Rus İqtisad Məktəbində 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş açıq mühazirə təşkil edilib.
Məruzəçi, dosent Anar Eyyubov çıxışı zamanı bayrağın dövlət rəmzi kimi əhəmiyyətindən və onun diplomatik protokoldakı yerindən danışıb. Həmçinin beynəlxalq normalar, milli mədəniyyət və qanunvericilik prizmasından dövlət bayrağına dair mövcud qaydalar və tələblər barədə məlumat verib.
Sonda tələbələrin sualları cavablandırılıb.