UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsində 17 Noyabr – Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə fakültənin dekan müavini Ramal Cabbarov və “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının dosenti Cəfərova Hilalə çıxış edərək Dirçəliş Gününün tarixi əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıblar. Onlar 1988-ci il noyabrın 17-də Azadlıq meydanında Sovet hakimiyyətinin antiazərbaycan siyasətinə etiraz olaraq başlanan mitinqin milli oyanış prosesində mühüm dönüş nöqtəsi olduğunu qeyd ediblər.
Bildirilib ki, xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ölkənin inkişaf və dirçəliş dövrünün başlanğıcını qoyub.
Tədbirin sonunda “Heydər Əliyev və Dağlıq Qarabağ” mövzusunda videoçarx nümayiş etdirilib.