A

UNEC-in Mühəndislik fakültəsinin kollektivi Bakının Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə aksiyasında iştirak ediblər.

Aksiya Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyinə həsr olunan “95 illik yubileyə 95 xeyirxah iş” layihəsi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə təşkil olunub.

Tədbirdə fakültənin “Ekologiya mühəndisliyi” ixtisasının rəhbəri dosent Mövlud Hüseynov, dosent Fəridə Quliyeva, baş müəllimlər Sənubər Quliyeva, Vüsalə Musayeva, fakültənin tələbələri, Nazirliyin əməkdaşları və ekokönüllülər iştirak ediblər.

Aksiya zamanı Abşeron yarımadasının iqlim və torpaq xüsusiyyətlərinə uyğun Eldar şamı və zeytun ağacları əkilib. Layihənin məqsədi ekoloji mühitin yaxşılaşdırılmasına dəstək vermək, yaşıllıq sahələrinin artırılmasını təşviq etmək və cəmiyyətin diqqətini iqlim dəyişmələri ilə mübarizəyə yönəltməkdir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay