A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Yaradıcılıq Mərkəzinin kollektivi UNEC Dizayn Məktəbinin I kurs tələbələri ilə görüşüb.

Tədbirdə UNEC Dizayn Məktəbinin direktoru Lalə Məmmədova, Yaradıcılıq Mərkəzinin direktoru Elman Telmanoğlu, mərkəzin bədii rəhbəri Əfsanə Məmədova və “UNEC Xalq çalğı alətləri ansamblı”nın bədii rəhbəri Tural Muradov tələbələrə Yaradıcılıq Mərkəzinin fəaliyyəti, mövcud dərnəklər və Radio UNEC barədə geniş məlumat təqdim ediblər.

Görüş zamanı tələbələrə asudə vaxtlarını daha səmərəli keçirmələri, eləcə də yaradıcı bacarıqlarını inkişaf etdirmələri üçün mərkəzin fəaliyyətində fəal iştirak etmələri tövsiyə olunub. Tələbələrin yaradıcı potensialının artırılması istiqamətində mərkəzin təqdim etdiyi imkanların əhəmiyyəti xüsusi vurğulanıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay