UNEC-in Tələbə İşləri Mərkəzinin nümayəndə heyəti İstanbul Texniki Universitetində (İTÜ) işgüzar görüş keçirib.
Səfərin əsas məqsədi iki ali təhsil müəssisəsi arasında tələbə mübadiləsinin genişləndirilməsi, beynəlxalq tələbə axınının artırılması və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi olub.
Görüş zamanı Tələbə İşləri Mərkəzinin fəaliyyəti, tələbələrlə iş mexanizmləri və mübadilə proseslərinin təşkili ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Tərəflər UNEC və İTÜ arasında qarşılıqlı tələbə mübadiləsinin həyata keçirilməsi, hər iki universitetə əcnəbi tələbələrin cəlb olunması və mobillik proqramlarının daha səmərəli şəkildə icrası üçün zəruri addımların müzakirəsini aparıblar.
Sonda tərəflər tələbə mübadiləsinin aktivləşdirilməsi, beynəlxalq tələbə sayının artırılması və universitetlərarası əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində növbəti addımlar barədə razılığa gəliblər.