Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyinə həsr olunmuş TEDxUNEC layihəsinin təşkilində fəal iştirak edən tələbələrə sertifikatlar təqdim edilib.
Sertifikatların təqdim olunması zamanı vurğulanıb ki, bu cür beynəlxalq formatlı layihələrin həyata keçirilməsi tələbələrin liderlik, kommunikasiya və layihə idarəetməsi bacarıqlarının formalaşmasına mühüm töhfə verir. Eyni zamanda, TEDxUNEC platforması gənclərin ideyalarının geniş auditoriyaya çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Sonda tələbələrə göstərdikləri fəallığa görə təşəkkür edilib, gələcəkdə UNEC-in elmi, sosial və innovativ layihələrində uğurlar arzulanıb.