A

UNEC-in Rus İqtisadiyyat Məktəbində təhsil alan I kurs tələbələrilə görüşlərə başlanılıb. Görüşün əsas məqsədi universitetə yeni qəbul olan tələbələrə UNEC haqqında, universitetdə həyata keçirilən yeniliklər, o cümlədən  Rus İqtisadiyyat Məktəbi barədə geniş məlumat verməkdir.“Dünya İqtisadiyyatı” və “Beynəlxalq münasibətlər” ixtisasında təhsil alan gənclərlə keçirilən görüşdə çıxış edən məktəbin direktoru, dos. Mənsur Bərxudarov  Rus İqtisadiyyat Məktəbinin yaradılmasının məqsədləri və hədəfləri, üstünlükləri barədə danışaraq, məktəbdə kadr hazırlığı, tələbələrin əldə edəcəyi biliklər barədə məlumat verib. Qeyd edib ki, bu məktəb UNEC-in Rusiya və MDB ölkələrinin təhsil məkanına inteqrasiya prosesini sürətləndirəcək.

Direktor müavini Təranə Musayeva Bolonya prosesi, Kredit sistemi ilə tədrisin təşkili qaydaları, tələbələrin biliklərinin qiymətləndirilməsi, yay semestrinin təşkili, appelyasiya komisiyasının fəaliyyəti haqqında danışıb. Tədbirdə tələbələrə şəxsi kabinetlərinin login və parolları təqdim edilib.Sonda Rus İqtisadiyyat Məktəbində yüksək keyfiyyətli tədrisin təşkili məqsədilə müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.Məktəbdə bütün ixtisaslar üzrə təhsil alan tələbələrlə görüşlər davam etdiriləcək. 

TOP XƏBƏRLƏR