A

UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar “20 Yanvar – Azadlıq uğrunda qanla yazılan tarix” mövzusunda anım tədbiri keçirilib.

Tədbirdə fakültənin dekanı, dosent Elman Cəfərov çıxış edərək 20 Yanvar faciəsinin Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin ən faciəli, eyni zamanda ən şanlı səhifələrindən biri olduğunu bildirib. O, 1990-cı il yanvarın 20-də sovet qoşunları tərəfindən dinc əhaliyə qarşı törədilmiş qanlı qırğın barədə iştirakçılara ətraflı məlumat verib.

Çıxışlarda qeyd olunub ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının iradəsini qıra bilməyib, əksinə, müstəqillik arzusunu daha da gücləndirib. Həmin gecə şəhid olan Vətən övladları azadlıq və suverenlik uğrunda canlarından keçərək xalqımızın yaddaşında əbədi iz qoyublar.

Eyni zamanda vurğulanıb ki, 20 Yanvar faciəsinin tarixi həqiqətləri gənc nəslə düzgün və dolğun şəkildə çatdırılmalı, şəhidlərin xatirəsi nəsildən-nəslə ötürülməlidir. Bu cür tədbirlər gənclərdə vətənpərvərlik hissinin formalaşmasına, milli yaddaşın qorunmasına və tarixi keçmişimizə hörmətin artırılmasına mühüm töhfə verir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay