A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdindəki Azərbaycan Maliyyə-İqtisad Kollecində 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib.

“20 Yanvar faciəsinin otuz altıncı ildönümü ilə bağlı UNEC-in Tədbirlər Planı”na uyğun olaraq, yanvarın 16-dan etibarən kollecdə xüsusi dərslər, seminarlar, mühazirələr və “dəyirmi masa”lar təşkil edilib, kitab və foto sərgiləri nümayiş olunub.

Təşkil olunan anım tədbirində kollecin direktoru, dosent Davud Davudov, tədris işləri üzrə direktor müavini, Pərviz Müseyibli, tərbiyə işləri üzrə direktor müavini, Murad Muradov və Tələbə Gənclər Təşkilatının sədri Fəridə Allahverdiyeva çıxış ediblər.

Natiqlər çıxışlarında 20 Yanvar hadisələrinin tarixi-siyasi əhəmiyyətindən, Ümummilli lider Heydər Əliyevin o dövrdə bu qanlı cinayətə verdiyi kəskin etirazdan, eləcə də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi davamlı diqqət və qayğıdan bəhs ediblər.

Tədbirdə “Humanitar və sosial fənlər” birləşmə komissiyasının müəllimi Türanə Hüseynova mövzu ilə bağlı geniş məruzə edib. Çıxışlarda xalqımızın yaddaşına həkk olunan həmin gecənin ağrı-acısı ilə yanaşı, şəhidlərimizin qəhrəmanlıq salnaməsi də vurğulanıb. Sonda faciəyə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Yanvarın 20-də – Ümumxalq Hüzn Günündə isə Azərbaycan Maliyyə-İqtisad Kollecinin rəhbərliyi və tələbə kollektivi Şəhidlər Xiyabanını ziyarət ediblər. Kollektiv Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edərək, məzarları üzərinə qərənfillər düzüblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay