Vətən uğrunda gedən döyüşlərdə canından keçən qəhrəman şəhid Rüfət Əsgərovun doğum günü münasibətilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC), “Biznes və logistika” kafedrasının müəllim və tələbə heyəti onun əziz xatirəsini dərin ehtiramla yad edib.
Cəbhəyə könüllü yollanan və oktyabrın 25-də Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Rüfət Əsgərovun doğum günündə UNEC-in “Biznes və logistika” kafedrasının müəllimləri, i.f.d. dos. Hicran Muradova, i.f.d. baş müəllim Samirə Rüstəmova və fakültənin tələbələri şəhidin məzarı önünə gül dəstələri düzərək, onun əziz xatirəsini ehtiramla yad ediblər.