UNEC Ömürboyu Təhsil Mərkəzi, KVET və Mühəndislik fakültəsinin birgə təşkilatçılığı ilə tələbələr üçün SƏTƏM (Sağlamlıq, Əməyin təhlükəsizliyi və Ətraf mühitin mühafizəsi) mövzusunda təlim keçirilib.
Tədbiri giriş sözü ilə açan Mühəndislik fakültəsinin dekanı, dosent Elçin Səmədov tələbələrin peşəkar inkişafında bu cür seminarların mühüm rol oynadığını vurğulayıb. O, ömürboyu təhsilin müasir dövrdə əhəmiyyətindən danışaraq, UNEC-də həyata keçirilən müxtəlif kurs proqramları və onların tələbələr üçün yaratdığı imkanlar barədə ətraflı məlumat verib.
Tılimdə KVET nümayəndəsi Emin Ağayev SƏTƏM mövzusunda təqdimatla çıxış edib. O, iş yerlərində təhlükəsizlik standartlarının tətbiqi, risklərin düzgün qiymətləndirilməsi, istehsalat qəzalarının qarşısının alınması mexanizmləri və ekoloji məsuliyyət prinsipləri haqqında iştirakçıları məlumatlandırıb. Eyni zamanda, bu sahədə ixtisaslı mütəxəssislərə artan tələbat və mövcud karyera imkanları diqqətə çatdırılıb.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.