A

UNEC-in Mühəndislik fakültəsində tələbələr üçün su idarəçiliyi və mühəndisliyi mövzusunda praktiki dərs keçirilib.

Tədbirin keçirilməsində məqsəd tələbələrin su ehtiyatlarının idarə olunması sahəsində nəzəri biliklərini praktik təcrübə ilə möhkəmləndirmək, həmçinin ekoloji mühəndislik istiqamətində müasir yanaşmalar barədə məlumatlandırmaq olub.

Praktiki dərs “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosenti Maya Kərimova və baş müəllimi Fəridə Əkbərova tərəfindən keçirilib. Müəllimlər su mühəndisliyinin əsas prinsiplərini tələbələrə praktiki nümunələr əsasında izah edərək onların mövzu üzrə bilik və bacarıqlarının artırılmasına dəstək olublar.

Dərs zamanı “Ekologiya mühəndisliyi” ixtisasının laboratoriyasında tələbələrə su ehtiyatlarının idarə olunması, suyun keyfiyyətinin qorunması, ekoloji mühəndislik yanaşmaları və bu sahədə tətbiq olunan müasir texnologiyalar haqqında ətraflı məlumat verilib. Eyni zamanda tələbələr laboratoriya şəraitində aparılan bəzi təcrübələrlə tanış olub, suyun təmizlənməsi və monitorinqi ilə bağlı istifadə olunan üsullar barədə praktiki biliklər əldə ediblər.

Sonda tələbələri maraqlandəran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay