A

Rəqəmsal İqtisadiyyat fakültəsində “Su ehtiyatlarının qorunması və səmərəli istifadə” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə fakültənin dekan müavini Ramal Cabbarov və UNEC Laboratoriyaların işinin təşkili mərkəzinin direktoru Ramil Sadıqov mövzu ilə bağlı çıxış ediblər.

Çıxış edənlər su ehtiyatlarının qorunmasının vacibliyindən bəhs edərək, iqlim dəyişikliklərinin su balansına təsiri və resurslardan səmərəli istifadənin iqtisadi əhəmiyyəti haqqında geniş məlumat veriblər. Qeyd olunub ki, su ehtiyatlarının idarə olunmasında innovativ və rəqəmsal yanaşmaların tətbiqi bu sahədə dayanıqlılığın təmin olunmasında mühüm rol oynayır.

Tədbirin məqsədi tələbələr arasında su resurslarının düzgün idarə olunması, ətraf mühitin qorunması və gələcəkdə bu sahədə məsuliyyətli yanaşmanın təşviq edilməsidir. İştirakçılar dövlət proqramlarının praktiki təsirləri, innovativ su idarəetmə metodları və fərdi təşəbbüslərlə bağlı fikir mübadiləsi aparıblar.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay