A

2024-2027-ci illərdə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Tədbirlər Planının “Sudan səmərəli istifadənin təşviq edilməsi” məqsədinə uyğun olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində tələbələr üçün “İqlim dəyişiklikləri şəraitində su ehtiyatlarının qorunması və istehlakçıların rolu” mövzusunda seminar təşkil olunub.

Seminarı giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, su ehtiyatlarının qorunmasının müasir dövrdə qlobal əhəmiyyət kəsb edən mühüm məsələlərdən biri olduğunu qeyd edib, iqlim dəyişikliklərinin su resurslarına təsirindən bəhs edərək su ehtiyatlarından səmərəli və qənaətli istifadənin təmin olunmasında cəmiyyətin, xüsusilə gənclərin və tələbələrin rolunun vacibliyini vurğulayıb, davamlı inkişafın təmin olunması üçün təbii resurslara məsuliyyətli yanaşmanın formalaşdırılmasının, su ehtiyatlarının qorunması istiqamətində maarifləndirmə tədbirlərinin genişləndirilməsinin önəmini diqqətə çatdırıb və bu kimi seminarların tələbələrdə ekoloji düşüncənin formalaşdırılmasına, su resurslarından səmərəli istifadə mədəniyyətinin inkişafına mühüm töhfə verəcəyini bildirib.

Sonra “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının dosenti Mehriban Əskərova çıxış edərək iqlim dəyişikliklərinin qlobal miqyasda su ehtiyatlarının azalmasına və su təhlükəsizliyi məsələlərinin daha da aktuallaşmasına səbəb olduğunu qeyd edib, bu şəraitdə su resurslarının səmərəli idarə olunmasının və qorunmasının vacibliyini vurğulayıb, eyni zamanda su ehtiyatlarından qənaətli istifadə mədəniyyətinin formalaşdırılmasında istehlakçıların, xüsusilə gənclərin və tələbələrin maarifləndirilməsinin əhəmiyyətindən bəhs edərək ekoloji məsuliyyətin artırılmasının və müasir yanaşmaların tətbiqinin zəruriliyini diqqətə çatdırıb.

Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay