UNEC-in Mühəndislik fakültəsində “Rasional qidalanmanın insan sağlamlığına təsiri” mövzusunda maarifləndirici seminar keçirilib.
Seminarda “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosenti Mehriban Yusifova mövzu ətrafında məruzə ilə çıxış edərək tələbələrə ətraflı məlumat verib. Bildirib ki, balanslaşdırılmış, tarazlaşdırılmış, adekvat və rasional qidalanma kimi müxtəlif qidalanma nəzəriyyələri mövcuddur.
Məruzəçi vurğulayıb ki, rasional qidalanma insanın yaşına, cinsinə, fiziki aktivliyinə və yaşadığı mühitə uyğun olaraq orqanizmin enerji və əsas qida maddələrinə olan tələbatını tam təmin edən qidalanma modelidir.
Seminar zamanı sağlam qidalanmanın gündəlik həyatdakı rolu, düzgün qida seçimi və balansın qorunmasının əhəmiyyəti barədə də məlumat verilib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.