UNEC-in SABAH Mərkəzinin müəllim və tələbə heyəti 31 mart- Azərbaycanlıların Soyqrımı Gününün 108-ci ildönümündə Quba Soyqırımı Memorial Kompleksinə səfər ediblər.
Mərkəzin müəllimi Şəbnəm Həsənova və koordinatoru Şəlalə Səfərovanın təşkilatçılığı ilə baş tutan səfərin məqsədi tələbələrin tarixi hadisələr barədə məlumatlılığını artırmaq və milli yaddaşın möhkəmləndirilməsinə töhfə vermək olub.
Memorial Kompleksdə tələbələr ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı siyasəti və vəhşilikləri ilə yaxından tanış olublar. Onlara bildirilib ki, Quba Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında Sərəncam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 30 dekabr 2009-cu ildə imzalanıb və kompleksin tikintisinə 2011-ci ildən başlanılıb.
Qeyd olunub ki, 18 sentyabr 2013-cü il tarixində kompleksin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev 1918-ci ilin mart–iyul aylarında erməni silahlı dəstələrinin Azərbaycanın müxtəlif bölgələrində dinc əhaliyə qarşı soyqırımı törətdiyini xüsusi vurğulayıb.
Səfər tələbələrin tarixi faktlara daha dərindən bələd olmalarına şərait yaradıb.