A

UNEC Xarici Dillər Departamenti tərəfindən təşkil olunan görüşdə XDİAK-4 (Xarici Dildə İşgüzar və Akademik Kommunikasiya) fənninin final imtahanlarının beynəlxalq Aptis imtahanı vasitəsilə keçirilməsi müzakirə edilib.

Görüşdə tələbə rektoru Ayan Cavadzadə, fakültələr üzrə Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədrləri və sədr müavinləri, həmçinin Tələbə Gənclər Təşkilatı, UNEC Diplomatiya və Rəqəmsal Könüllülər təşkilatlarının sədrləri iştirak ediblər.

İştirakçılara Aptis imtahanının keçirilmə mexanizmi, qiymətləndirilməsi, təşkili prosesi və tələbələrin diqqət etməli olduqları əsas məqamlar ətraflı izah olunub. Suallar UNEC Xarici Dillər Departamentinin direktoru, dosent Aysel Xəlilova tərəfindən cavablandırılıb.

Qeyd edək ki, bu təşəbbüs UNEC-də dil biliklərinin qiymətləndirilməsinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində atılan mühüm addımlardan biridir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay