A

UNEC-in Karyera Mərkəzinin təşkilatçılığı ilə Maliyyə və Mühasibat fakültəsinin tələbələri üçün audit və insan resursları (İR) sahəsində karyera imkanlarının təşviqinə həsr olunmuş sessiya təşkil edilib.

Tədbirdə baş audit meneceri Günay Cabbarzadə, baş audit mütəxəssisi Dəniz Eyyublu və baş İR mütəxəssisi Flora Əzimova çıxış edərək, tələbələrlə həm peşəkar biliklərini, həm də real iş təcrübələrini bölüşüblər.

Sessiya zamanı iştirakçılara şirkətin təqdim etdiyi əsas audit xidmətləri, audit prosedurlarının mərhələləri və bu proseslərin praktik tətbiqi barədə geniş məlumat verilib. Həmçinin HR sahəsi üzrə şirkətin fəaliyyət istiqamətləri, mövcud vakansiyalar, işə qəbul mərhələləri və namizədlər üçün əsas gözləntilər ətraflı izah olunub.

Tədbirin keçirilməsində əsas məqsəd tələbələrdə audit sahəsində karyera qurmaq üçün tələb olunan texniki və peşəkar bacarıqlar barədə dolğun təsəvvür yaratmaq, eyni zamanda onları təcrübəli mütəxəssislərlə birbaşa ünsiyyət imkanı ilə təmin etmək olub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay