A

UNEC İnklüziv Təhsil Mərkəzi və UNEC Dizayn Məktəbinin birgə təşəbbüsü ilə “Bərabər imkanlarla sənət” adlı sosial layihəyə start verilib.

Layihə həssas kateqoriyadan olan gənclər üçün nəzərdə tutulub. Əsas məqsəd onların yaradıcılıq bacarıqlarını inkişaf etdirmək, cəmiyyətə daha aktiv qoşulmalarına və sosial həyata daha asan uyğunlaşmalarına dəstək olmaqdır.

Layihə çərçivəsində UNEC Dizayn Məktəbinin müəllimləri tərəfindən dərslər keçiriləcək. Rəsm və rəngkarlıq fənnini Sevinc Nuriyeva, heykəltəraşlıq və yapma fənnini isə İlahə İsayeva tədris edəcək.

Bundan əlavə, UNEC Dizayn Məktəbinin tələbələri mentor qismində çıxış edərək iştirakçılara dəstək olacaq, eyni zamanda sosial məsuliyyət, empatiya və komanda işi bacarıqlarını inkişaf etdirəcəklər.

Layihə 2026-cı ilin aprel–may aylarında UNEC Dizayn Məktəbinin studiyalarında keçiriləcək.

Sonda iştirakçıların əl işlərindən ibarət sərgi təşkil olunacaq və onlara sertifikatlar təqdim ediləcək.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay